Güclü yağışların səbəb olduğu daşqınlar 5 nəfərin həyatına son qoydu

13:43 - 01 May 2023

Güclü yağışların səbəb olduğu daşqınlar 5 nəfərin həyatına son qoydu

Pakistanda leysan yağışların səbəb olduğu daşqınlarda ilk təsbitlərə görə 5 nəfər həyatını itirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Regional Fəlakət İdarəsi (PDMA) tərəfindən verilən açıqlamada ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində 24 saat davam edən yağışların daşqınlara səbəb olduğu bildirilib.

Bəlucistan bölgələrindən biri olan Huzdarda 2 nəfərin, Labellada 2 nəfərin və Keçdə 1 nəfərin yağışların səbəb olduğu sel və qəzalar nəticəsində öldüyü bəyan edilib.

Leysan yağışlar səbəbindən Bəlucistana nəqliyyatda mühüm əhəmiyyət kəsb edən iki əsas yolun bağlanması nəticəsində vilayətin ölkənin qalan hissəsi ilə əlaqəsinin kəsildiyi və onlarla əlaqənin kəsildiyi açıqlanıb. Ən az 10 bölgədə evlərə və əkinçilik sahələrinə ziyan dəyib.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az