G7 ölkələri "süni intellektdə riskə əsaslanan nəzarət tənzimləməsinin yaradılması" haqqında razılığa gəliblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, G7 ölkələri süni intellekt üzrə risklərin qiymətləndirilməsinə əsaslanan nəzarət reqlamentinin yaradılması ilə bağlı razılığa gəliblər.
Aprelin 29-30-da Yaponiyanın Takasaki şəhərində keçirilən və G7 ölkələrinin texnologiya və iqtisadiyyat nazirlərinin iştirak etdiyi iclasın yekun bəyannaməsi dərc olunub.
Yaponiyanın rəqəmsal transformasiya naziri Kono Taro və Yaponiyanın daxili işlər və rabitə naziri Matsumoto Takeakinin sədrliyi ilə keçirilən iclasda Hindistan, İndoneziya və Ukraynadan hökumət nümayəndələri də iştirak edib.
“Ölkələr və sənayelər arasında süni intellekt texnologiyalarının artan əhəmiyyətini nəzərə alaraq, biz yaxın perspektivdə bu texnologiyaların imkanlarını və problemlərini qiymətləndirmək və texnologiyalar inkişaf etdikcə təhlükəsizlik və etibarı təşviq etməyə davam etmək zərurətini qəbul edirik”, - yekun bəyanatda deyilir.
Bəyanatda vurğulanır ki, süni intellekt siyasəti və qaydaları riskə əsaslanan və gələcəyə hesablanmış olmalıdır, riskləri azaltmaqla yanaşı dünya üçün faydaları maksimuma çatdırmağa yönəldilməlidir.
“Rəqəmsallaşma və rəqəmsal infrastruktur müasir cəmiyyətləri dəstəkləyir”.
Manşet.az