MasterChef Australia şirkəti 46 yaşlı məşhur aşpaz Cok Zonfrillonun Melburnda dünyasını dəyişdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kanalın və verilişin yaydığı açıqlamada deyilir:
"MasterChef ailəsinin sevimli üzvü Cok Zonfrillonun qəfil itirilməsi bizi dərindən sarsıtdı və kədərləndirdi. Cok avstraliyalılar tərəfindən bestseller müəllif, aşpaz, xeyriyyəçi və MasterChef-in hakimi kimi tanınsa da, sevən ata, ər, qardaş və oğul kimi xatırlanacaq”.
Manşet.az