20 il sonra etiraf etdi, 27 il müddətinə azadlıqdan məhrum edildi - FOTO

16:45 - 01 May 2023

20 il sonra etiraf etdi, 27 il müddətinə azadlıqdan məhrum edildi - FOTO

ABŞ-da 20 il əvvəl yeni doğulmuş oğlunu Missisipi çayı yaxınlığında ölümə buraxdığını etiraf edən ana 27 il müddətinə azadlıqdan məhrum edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-da yaşayan bir qadın 20 il əvvəl yeni doğulmuş körpəsini tərk etdiyini etiraf edib. O, ikinci dərəcəli adam öldürməkdə ittiham olunaraq məhkəmə tərəfindən 27 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə qeydlərinə görə, qadın Matter çay kənarında qoyduğu körpənin kimsə tərəfindən sağ-salamat tapılacağına ümid etdiyini bildirib. Yeni doğulan körpənin meyiti 2003-cü il dekabrın 7-də tapılmışdı.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az