Türkiyə XİN: Türkiyə vətəndaşlarının Sudandan təxliyyəsi başa çatdı - FOTO

21:50 - 01 May 2023

Türkiyə XİN: Türkiyə vətəndaşlarının Sudandan təxliyyəsi başa çatdı - FOTO

Sudanda baş verən qarşıdurmalara görə vətənə qayıtmaq istəyən Türkiyə vətəndaşlarının  təxliyə əməliyyatları bu gün başa çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Nazirlikdən verilən açıqlamada aprelin 15-dən bəri Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurmaların narahatlıq doğurduğu bildirilib.

Açıqlamada, dəstək tələb edən 1700-dən çox Türkiyə vətəndaşı və 22 ölkədən 300-ə yaxın vətəndaşın Sudandan təhlükəsiz şəkildə təxliyə edildiyi, Sudanda qalan Türkiyə vətəndaşlarından alına biləcək təxliyə tələblərinin ayrıca qiymətləndiriləcəyi bildirilib.

Jalə

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az