İşə velosipedlə gedənlərə pul veriləcək

09:45 - 02 May 2023

İşə velosipedlə gedənlərə pul veriləcək

Belçikada, Milli Əmək Şurası çərçivəsində işəgötürənlər və işçi nümayəndələri arasında razılaşma ilə işə velosipedlə gedənlərə velosiped pulu verilməsi məcburi hala gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müvafiq olaraq, mayın 1-dən etibarən işçilər işə velosipedlə getdikləri təqdirdə hər kilometr üçün işəgötürəndən 0,27 avro müavinət alacaqlar. Bu müavinət vergidən azad olacaq.

Bir işçinin gündəlik velosiped pulu 40 kilometrdən çox ola bilməz. Beləliklə, velosiped pulu gündə 10,8 avro ilə məhdudlaşdırılacaq.

İndiyə qədər velosiped pulu ilə bağlı işəgötürənlər qərar verə bilərdilər. Bu çərçivədə işəgötürənlərin təxminən 30 faizi velosipeddən istifadə edən işçilərinə evləri ilə iş yerləri arasındakı məsafəyə görə pul ödəyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az