Maskın şirkəti almasından təxminən bir il sonra Twitter-in həmtəsisçisi Cek Dorsi milyarderi tənqid edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cek Dorsiyə görə, Elon Musk Twitter üçün yaxşı lider olduğunu sübut etməyib. Dorsi fikirlərini bəzilərinin Twitter-ə mümkün alternativ kimi təqdim etdiyi sosial media platforması Bluesky-də bir sıra yazılarda paylaşıb.
Bununla belə, Wall Street Journal daha əvvəl yazmışdı ki, Dorsi də Musk-ı şirkəti ələ keçirməyə təşviq edən bir qrup insan arasında idi. Bu səbəbdən Dorsinin Maskı tənqid etməsi də diqqət çəkib.
Manşet.az