Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, Rusiyaya qarşı hücum üçün 8 briqada yaradılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Klimenko bildirib ki, hazırda Rusiyanın Ukrayna ərazisindən çıxarılmasına hazırlıq gedir, əks-hücum üçün yeni briqadalar yaradılıb.
Briqadaları silahla təchiz etdiklərini bildirən Klimenko, "Bizim əlavə komandalar yaratmaq planımız var, çünki buna tələbat var və imkanlarımız kifayət qədərdir” – deyib.
Yeni briqadaların 2-3 həftəlik təlim keçəcək və bu briqadaların vəzifəsi hərbi əməliyyatlar zamanı müdafiə qüvvələri ilə əks-hücum hərəkətləri etməkdir.
Klimenko əlavə edib ki, döyüş tapşırığı verildikdən sonra briqadalar müdafiə qüvvələrinin komandanlığına keçəcək.
Manşet.az