Müsəlman bələdiyyə sədri Baydenin Ramazan bayramı ziyafətinə buraxılmadı

16:29 - 02 May 2023

Müsəlman bələdiyyə sədri Baydenin Ramazan bayramı ziyafətinə buraxılmadı

ABŞ-da bir müsəlman bələdiyyə sədrinin ABŞ prezidenti Co Baydenin Ağ Evdə təşkil etdiyi Ramazan ziyafətinə qatılmasına icazə verilməyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Məxfi Xidməti Nyu Cersi ştatının Prospect Park şəhərinin meri Məhəmməd Xeyrullaha ABŞ prezidenti Co Baydenin Ağ Evdə təşkil etdiyi Ramazan bayramı ziyafətində iştirak etməyə icazə verməyib.

Nyu Cersi ştatının Prospect Park şəhərinin meri Muhammed Xeyrullah verdiyi açıqlamada qəbula gəlməzdən bir müddət əvvəl Ağ Evdən çağırıldığını və ABŞ Məxfi Xidməti tərəfindən ona qəbulda iştirak etməsinə icazə verilmədiyini söyləyib.

47 yaşlı Xeyrullah qəbula buraxılmamasının səbəbi ilə bağlı heç bir açıqlama verilmədiyini bildirərək, "Bu qərar məni şoka saldı və məyus etdi" - deyib. Müsəlmanların da olduğu ABŞ Federal Təhqiqat Bürosunun (FTB) terror izləmə siyahısına işarə edən Xeyrullah, “Bu bir tədbirə qatıla bilməmək məsələsi deyil, əsl məsələ bunun arxasında duran səbəbdir. Kimliyimə görə məni hədəf alan bir siyahı var. "ABŞ-ın ən yüksək orqanı bu cür sənədlərlə məşğul olmamalıdır" – deyə əlavə edib.

Xeyrullah qərardan sonra ölkənin ən böyük müsəlman vətəndaş hüquqları təşkilatı olan Amerika-İslam Münasibətləri Şurasının (CAIR) Nyu-Cersi şöbəsini məlumatlandırdığını bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az