Kadırov gizli planını AÇIQLADI

17:08 - 02 May 2023

Kadırov gizli planını AÇIQLADI

Çeçenistan lideri Kadırov "bütün dünyada döyüşəcək muzdlu qruplaşma" yaratmağı planlaşdırdığını bildirib və bu qrupun "bütün dünyada məzlumları qoruyacağını" iddia edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çeçenistan lideri Ramzan Kadırov Rusiyanın RİA xəbər agentliyinə müsahibəsində bildirib ki, o, dünyanın istənilən yerində döyüşə bilən “muzdlu ordu” yaratmağı planlaşdırır.

Kadırov "Özünü ən demokratik olaraq təyin edən ölkələrə gedərək məzlum xalqı qoruya biləcək" - deyib.

O, bəyan edib ki, quracağı yeni muzdlu dəstə dünyanın hər yerindən insanları cəlb edəcək.

Kadırov fevral ayında “Bir gün əziz qardaşım Priqojinlə yarışacam” deyərək yeni muzdlu dəstə yaratmaq planlarını gündəmə gətirib.

Rusiyanın “Vaqner” özəl mühafizə şirkətinin meneceri Yevgeni Priqojin və Çeçenistanın lideri Kadırov Ukrayna müharibəsi başlayandan bəri Rusiya ordusunun komandanlıq eşelonunu sərt tənqid ediblər. Rusiya Müdafiə Nazirliyi ilə Priqojin arasında yaşanan gərginlik zamanı Kadırov daha ehtiyatlı mövqe nümayiş etdirib.

Vaqner 2014-cü ildə təsis edilib. Suriya, Liviya, Mali və Mərkəzi Afrika kimi ölkələrdə fəaliyyət göstərdiyi bilinən Vaqnerin Ukraynada 50 mindən çox döyüşçüsü olduğu təxmin edilir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az