Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti avqustun 18-nə qədər uzadılıb.
Manset.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radası qərar qəbul edib.
Qeyd olunub ki, bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər hərbi vəziyyətin müddətinin uzadılması ilə bağlı parlamentdə keçirilən 7-ci səsvermədir.