Rusiya bu ölkəyə nota verdi

10:31 - 03 May 2023

Rusiya bu ölkəyə nota verdi

Polşanın Varşava Bələdiyyəsinin Rusiyanın Varşavadakı səfirliyi tərəfindən orta məktəb kimi istifadə edilən binanı ötən şənbə günü ələ keçirməsindən sonra Rusiya Xarici İşlər Nazirliyi Polşanın Moskvadakı müvəqqəti işlər vəkili Yaçek Sladevçkini Xarici İşlər Nazirliyinə çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 20 dəqiqəlik görüşdən sonra tərəflər heç bir açıqlama verməsə də, Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina müvəqqəti işlər vəkili Sladewckinin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib.

Rusiyanın Varşavadakı səfiri Siergiej Andriejew məktəb binasının müsadirə olunması ilə əlaqədar bu gün Polşa Xarici İşlər Nazirliyinə etiraz notası verildiyini açıqlayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az