İsraildə aclıq aksiyası keçirən məhbusun ölümündən sonra tərəflər Qəzzada başlayan qarşıdurmalara son qoymaq üçün atəşkəsə razılaşıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Röyters agentliyinə danışan üç Fələstin rəsmisi İsrail rəsmiləri ilə atəşkəs razılaşması əldə etdiklərini açıqlayıb.
Fələstin Məhbuslar və Keçmiş Məhbuslar Komissiyasının məlumatına görə, İsrail həbsxanalarında 700-ü xəstə olmaqla 4900 məhbus var.
İslami Cihad təşkilatının üzvü Adnanın ölümündən sonra blokadada olan Qəzza zolağından İsrail istiqamətinə onlarla raket atılıb, İsrail döyüş təyyarələri isə cavab olaraq Qəzzanı hədəf alıb.
Reuters, ölən şəxsin son 30 ildə İsrail həbsxanalarında aclıq aksiyası keçirərkən ölən ilk məhbus olduğunu bildirib.
Manşet.az