ABŞ-ın Ukraynaya top mərmiləri, minaatan mərmiləri, hava-yer raketləri və sursat daxil olmaqla, təxminən 300 milyon dollarlıq əlavə hərbi yardım göndərəcəyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ rəsmiləri bildiriblər ki, təxminən 300 milyon dollarlıq hərbi yardım paketinə təyyarələrdən atılan idarə olunmayan raketlər olan Hydra-70 raketləri də daxildir.
Hələlik yardım paketi rəsmi olaraq açıqlanmadığı üçün adının açıqlanmasını istəməyən səlahiyyətlilər, göndəriləcək sursatların hamısının Pentaqonun ehtiyatlarından təmin ediləcəyini bildiriblər.
Manşet.az