Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyaya rəsmi səfərə gedib.
Bu barədə Manset.az BAKU.WS-ə istinadən xəbər verir.
Məlumata görə, Zelenski finlandiyalı həmkarı Sauli Niinistö və bir-sıra rsmi şəxslərlə görüşəcək.
Görüş zamanı tərəflər Finlandiyanın Ukraynaya dəstəyini, ölkələr arasında ikitərəfli münasibətlər və qlobal geosiyasi vəziyyəti müzakirə edəcəklər
Danışıqlar başa çatdıqdan sonra prezidentlər birgə mətbuat konfransı keçirəcəklər.
Xatırladaq ki, bu yaxınlarda Finlandiya Ukraynaya yeni hərbi yardım paketi elan edib.