Serbiyanın paytaxtı Belqradda 7-ci sinif şagirdi atasının silahı ilə məktəbə hücum edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Serbiyanın paytaxtı Belqrad şəhərindəki Vladislav Ribnikar ibtidai məktəbində 7-ci sinif şagirdi səhər saatlarında mühafizəçilərə və şagirdlərə atəş açıb.
Hadisə zamanı 8-i şagird olmaqla 9 nəfər həyatını itirib. Tələbənin hücumu atasına məxsus silahla həyata keçirdiyi müəyyən edilib.
Manşet.az