Kremlin sözçüsü Dmitri Peskov, Taxıl Dəhlizi Razılaşması ilə bağlı qiymətləndirmələr edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov, Taxıl Dəhlizi Razılaşması ilə bağlı təmasların davam etdiyini bildirib:
“Biz bu razılaşmanın bütün şərtlərinin yerinə yetirilməsində və bu razılaşmanın ilk qüvvəyə mindiyi vaxt əldə etdiyimiz razılaşmaların həyata keçirilməsində maraqlıyıq. Bu məsələ ilə bağlı danışıqlar davam edir”.
Müqavilənin uzadılması ehtimalı ilə bağlı suala Peskov belə cavab verib: “Hələlik optimist olmaq üçün çox az səbəb var”.
Manşet.az