Bukingem sarayına HÜCUM

16:45 - 03 May 2023

Bukingem sarayına HÜCUM

İngiltərə kral III Çarlzın tacqoyma mərasiminə hazırlaşarkən kralı qorxudan hadisə baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  Bukingem sarayının ərazisinə ov tüfəngi atmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə London Metropoliten Polis Xidməti məlumat yayıb. Polisin məlumatına görə, adı açıqlanmayan şəxs ov patronu olduğu düşünülən şübhəli əşyanı sarayın ərazisinə atıb. Şübhəli şəxs saxlanılıb.

“Hər hansı bir atışma və ya işçilərə və ya ictimaiyyət nümayəndələrinə xəsarət yetirilməsi ilə bağlı məlumat yoxdur”, - məlumatda deyilir.

Şübhəlinin üzərində bıçaq olduğu, lakin silah olmadığı açıqlanıb. Hadisənin terrorla əlaqəli olduğu düşünülməsə də, patronu atan şəxsin çantası şübhə yaradıb. Mütəxəssislər ehtiyat tədbiri olaraq çantanı araşdırma üçün götürərkən, sarayın müəyyən ərazisi mühasirəyə alınıb. Kral Çarlzın həmin vaxt sarayda olmadığı bildirilib.

Hücumdan sonra mərasimə hazırlıq fasiləsiz davam edib.

İngiltərə kralı III Çarlzın tacqoyma mərasimi mayın 6-da keçiriləcək.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az