Rusiyada PUA hücumu - Neft emalı zavodu yandı

09:34 - 04 May 2023

Rusiyada PUA hücumu - Neft emalı zavodu yandı

Rusiyanın Krasnodar diyarının Severski rayonunda İlski neft emalı zavodunun anbarı pilotsuz təyyarənin hücumundan sonra yanıb.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin regional fövqəladə hallar xidməti məlumat yayıb.

Bildirilib ki, yanğına PUA-nın düşməsi səbəb olub:

“Naməlum pilotsuz təyyarənin hücumu nəticəsində Severski rayonunun İlski şəhər tipli qəsəbəsində “İlsky” neft emalı zavodunun çəni yanır”.

Qeyd edək ki, yanğından əvvəl İlski kəndində hadisə şahidləri üç partlayış səsi eşidiblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az