Mülki Aviasiya və Kolumbiya Hərbi Hava Qüvvələri mayın 1-də göyərtəsində 7 nəfərin olduğu kiçik təyyarənin yoxa çıxdığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təyyarədə olanlar arasında 11 aylıq körpə və 4 yaşlı uşaq olduğu bildirilib.
Bütün axtarışlara baxmayaraq yoxa çıxan kiçik təyyarədən mayın 1-dən bu yana heç bir xəbər olmadığı açıqlanıb.
Səlahiyyətlilər itkin düşən təyyarənin qalıqlarını tapmaq üçün ərazidə yaşayan yerli icmalardan kömək istəyib.
Manşet.az