İsveç NATO üçün kritik addım atdı

11:30 - 04 May 2023

İsveç NATO üçün kritik addım atdı

Finlandiya ilə birlikdə NATO-ya müraciət edən İsveç gözlənilən addımı atıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsveç nəhayət ki, terror təşkilatlarının tərəfdarlarına həbs cəzası nəzərdə tutan qanunu qəbul edib.

İsveç parlamentində keçirilən səsvermədə terror təşkilatının fəaliyyətini təşviq edən, gücləndirən və ya dəstəkləyən şəxslərə maksimum 4 il həbs cəzası nəzərdə tutan qanun layihəsi 268 səslə təsdiqlənib.

34 deputat əleyhinə səs verdiyi halda, 47 deputat səsvermədə iştirak etməyib.

İyunun 1-dən qüvvəyə minəcək qanun dünya mətbuatında əks-sədalara səbəb olub.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az