Rusiya ordusunun 24 pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə, o cümlədən Kiyevə hücum etdiyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Hava Komandanlığından verilən açıqlamada, Rusiya qüvvələrinin Ukraynanın müxtəlif bölgələrində PUA-larla hücumlar təşkil etdiyi bildirilib.
Hücumda ümumilikdə 24 "Şahed-136/131" PUA-dan istifadə edildiyi bildirilən açıqlamada Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən 18 PUA-nın havada məhv edildiyi bəyan edilib.
Manşet.az