Misirin qərbində sərnişin avtobusu yük maşınına çırpılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəzada 14 nəfər həlak olub, 25 nəfər yaralanıb. Sərnişin avtobusunda 45 nəfərin olduğu bildirilib. Qəzanın səbəbi hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Manşet.az