Tiflisin mərkəzində ATIŞMA: Ölən və yaralanan var

23:33 - 04 May 2023

Tiflisin mərkəzində ATIŞMA: Ölən və yaralanan var

Mayın 4-də Gürcüstanın paytaxtının mərkəzində iki iş adamı arasında atışma olub. Hadisə nəticəsində onlardan biri həlak olub, digəri isə xəstəxanaya yerləşdirilib.

 

Manset.az xəbər verir ki, Qoqebaşvili küçəsində iş adamları Qiço Marqvelaşvili və Saba Qaxokia arasında toqquşma olub. Qaxokia Marqvelaşviliyə atəş açıb. Lakin Marqvelaşvilinin mühafizəçisi cavab atəşilə Qaxokianı öldürüb. Marqvelaşvili isə hazırda əməliyyat olunur. O, ayaqlarından yaralanıb.

Bildirilir ki, atışmadan əvvəl “Lavera” restoranında 15-ə yaxın adamın iştirakı ilə dava olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az