"Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur”.
Manset.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan Anakarada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşündən sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.
O, İrəvanın sülh razılaşması əldə etməkdə qərarlı olduğunu bildirib: "Biz qətiyyətliyik və sülh sazişi əldə etməyə hazırıq. Regionun ticarətə açılmasında heç bir problem görmürük”.
Xatırladaq ki, Simonyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) iclasında iştirak etmək üçün Ankaraya səfər edib.