Böyük Britaniyanın aparıcı bankının təhlilinə əsasən, Facebook, WhatsApp və Instagram kimi sosial media platformaları vasitəsilə artan miqdarda maliyyə fırıldaqları baş verir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iki il ərzində öz daxili məlumatlarını təhlil etdikdən sonra, TSB ilk üç fırıldaqçılıq kateqoriyasındakı işlərinin 80 faizinin Meta-ya məxsus şirkətlərdən gəldiyini bildirib.
Bu fırıldaqçılıq kateqoriyaları iş yükü/həcmi, imitasiya və investisiya fırıldaqçılığı ilə satın almalardır.
TSB fırıldaqçı ekspertləri istifadəçilərə ailə və ya dostlardan gələn təsadüfi mesajlardan ehtiyatlı olmaları barədə xəbərdarlıq edib və onlara pul köçürməzdən əvvəl həmin şəxslə birbaşa əlaqə saxlamağı tövsiyə ediblər.
Britaniya bankı, həmçinin, investisiya etmək üçün yeni olanlara tanınmış investisiya platformalarından sadiq qalmalarını və sosial mediada diqqət çəkən “tez varlan” mesajlarından çəkinmələrini söyləyib.
Manşet.az