Çindən ABŞ-a mesaj: Bu, bizi dayandıra bilməz

09:44 - 05 May 2023

Çindən ABŞ-a mesaj: Bu, bizi dayandıra bilməz

Çin ABŞ-ın texnologiya, xüsusilə çip istehsalının qarşısını almaq və məhdudlaşdırmaq səylərinin ölkənin inkişafını dayandırmayacağı, əksinə, yenilikçi və özünü təmin etmək əzmini artıracağı mesajını verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, ABŞ Yarımkeçiricilər Sənayesi Assosiasiyasının sədri Con Noyferin Bloomberg-ə verdiyi müsahibədə Çinin Amerika çip istehsalçılarının "ən böyük bazarı" olduğunu və ABŞ rəhbərliyinin milli təhlükəsizlik narahatlıqlarına baxmayaraq bazara daxil olmaq istədiyini söylədiyi sözlərini qiymətləndirib.

ABŞ-ın bir müddətdir hegemonluğunu qorumaq üçün milli təhlükəsizlik anlayışının sərhədlərini zorladığını, ixrac nəzarət tədbirlərindən sui-istifadə etdiyini və Çinə ixracı məhdudlaşdırmağa çalışdığını ifadə edən Mao, “İqtisadi təzyiqlər və məhdudiyyətlər Çinin inkişafını dayandıra bilməz, yalnız onun texnologiyada yenilikçi və özünü təmin etmək əzmini artırar” – deyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az