ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin təşkil etdiyi sessiyada ölkəyə qarşı qlobal təhdidlərlə bağlı çıxış edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın Ukraynada sursat və canlı qüvvə qıtlığı yaşadığını ifadə edən Hayns, "Rusiya qüvvələri əhəmiyyətli bir döyüş sursatı çatışmazlığı ilə üzləşib və əhəmiyyətli personal məhdudiyyəti altındadır, lakin işğal altındakı Ukrayna ərazilərində mina qoymağa və yeni müdafiə mövqeləri hazırlamağa davam edir" – deyib.
Ukrayna ordusunun mümkün əks-hücumlarından asılı olmayaraq, Rusiya qüvvələrinin bölgədə əziyyət çəkməyə davam edəcəyini qeyd edən Hayns, “Rusların bu il Ukraynada əhəmiyyətli bir hücum əməliyyatı təşkil etmələri mümkün deyil” – deyə əlavə edib.
Manşet.az