Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı Mladenvaçda hərəkətdə olan avtomobildən silahla atəş açılması nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Serbiya Daxili İşlər Nazirliyindən verilən açıqlamada, Mladenvaçda avtomat silahı olan təcavüzkarın hərəkətdə olan avtomobildən atəş açması nəticəsində 8 nəfərin həyatını itirdiyi, 13 nəfərin yaralandığı qeyd edilib.
“Qasırğa” adlı əməliyyata başlanıldığı bildirilən açıqlamada hadisəni törədən 21 yaşlı şəxsin mühasirəyə alındığı, lakin onun təslim olmaq istəmədiyi və atəş açmağa davam etdiyi bildirilib.
Əraziyə təhlükəsizlik qüvvələri və ilk yardım qrupları gəlib.
Daxili işlər naziri Bratislav Qasiç hadisəni “terror aktı” kimi qiymətləndirib.
Manşet.az