Ana bətnindəki körpəyə beyin əməliyyatı edildi

12:07 - 05 May 2023

Ana bətnindəki körpəyə beyin əməliyyatı edildi

ABŞ-ın Massaçusets ştatının Boston şəhərində həkimlər ana bətnində olan körpə üzərində cərrahiyyə əməliyyatı keçirərək ölkənin xəstəlik tarixinə düşüblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əməliyyat uğurlu keçib, ana və körpənin səhhətinin yaxşı olduğu açıqlanıb.

Həkimlər körpənin beynində damar qüsuru, nadir qan damar anomaliyasını aşkar ediblər.

Körpənin beynini müşahidə edən həkimlər qüsurun təhlükəli şəkildə böyüdüyünü bildiriblər.

Cütlüyün razılığı ilə əməliyyat aparılıb və körpə sağlam doğulub. Bu prosedur tibb tarixinə ABŞ-da ana bətnində olan körpə üzərində edilən ilk əməliyyat kimi düşüb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az