Rusiyanın muzdlu “Vaqner” qrupunun yaradıcısı Priqojin üsyan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sursat gəlmədiyi üçün öldürüldüklərini ifadə edən Priqojin Rusiyanın müdafiə naziri və Baş Qərargah rəisini hədəf alıb. “Kreml aşpazı” kimi də tanınan Priqojin Ukrayna müharibəsində yaşadıqları silah-sursat problemi ilə bağlı “Konkord” şirkətinin sosial media hesabında video yerləşdirib.
Döyüşçülərin döyüş sursatı olmadığı üçün öldürüldüyünü qeyd edən Priqojin, sursat verməyənlərin “cəhənnəmdə yanacaqlarını” bildirib.
“70 faiz nisbətində kifayət qədər sursatımız yoxdur. Şoyqu! Gerasimov! Sursatlar haradadır? Bunlara (yerdəki meyitlərə) baxın!”.
Priqojin onları silah-sursatla təmin etməyənlərin zəngin klublarda yaşadıqlarını və döyüşçülərinin taleyini keflərinə görə təyin etdiklərini iddia edərək, anbarlardakı sursatların Vaqnerə lazım olduğu kimi verilsə, itkilərinin 5 dəfə az olacağını müdafiə edib.
Manşet.az