Trampdan ŞOK AÇIQLAMA: ABŞ üçüncü dünya ölkəsi olacaq

23:10 - 05 May 2023

Trampdan ŞOK AÇIQLAMA: ABŞ üçüncü dünya ölkəsi olacaq

ABŞ-ın keçmiş prezidenti Tramp mayın 11-də özünün TruthSocial sosial şəbəkəsində 42-ci maddənin qüvvədən düşəcəyini bildirib.

 

Bu barədə Manset.az Türkiyə mediasına istinadən xəbər verir. Donald Tramp, COVID-19 epidemiyası səbəbindən onun rəhbərliyi dövründə qüvvəyə minən və sığınacaq axtaranların geri qaytarılması üçün istifadə edilən “Maddə 42” adlı hüquqi tənzimləmənin müddəti bitdikdən sonra ABŞ-ın “üçüncü dünya ölkəsi” olacağını iddia edib.

Müvafiq tənzimləmənin gələn həftə bitəcəyini bildirən Tramp, “Bu tarix biabırçı şəkildə tarixə düşəcək. Sərhədlərimiz tamamilə dağılacaq. Biz rəsmi olaraq üçüncü dünya ölkəsi olacağıq”, ifadəsini işlədib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az