Kral III Çarlzın tacqoyma mərasimi başlayıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərasim Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında baş tutur.
Qeyd edək ki, tacqoyma mərasimində ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.
***
III Çarlz Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub.
Manset.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, III Çarlzın tacqoyma mərasimi başa çatıb.
Qeyd edək ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq.