Köçəryanla bağlı ŞOK İDDİA

22:08 - 06 May 2023

Köçəryanla bağlı ŞOK İDDİA

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın qohumlarıyla birlikdə ölkəni tərk etmək niyyətində olduğu ilə bağlı xəbər geniş rezonans doğurub. Nikol Paşinyana yaxın "Hraparak" qəzetinin yaydığı bu xəbər "bomba effekti" verib. Məsələ o həddə qədər böyüyüb ki, Robert Köçəryanın ofisi açıqlama yaymağa vadar olub.

 

Manset.az musavat.com-a istinadən bildirir ki,bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan "Hraparak" qəzetinin Köçəryanın qohumlarıyla birlikdə Ermənistanı tərk etmək niyyətində olması ilə bağlı sualını cavablandırarkən deyib.

Köçəryanın Ermənistanı tərk etmək niyyətində olub-olmaması ilə bağlı suala Mikoyan belə cavab verib: "Adı çəkilən KİV-in bu nəşri həqiqətən unikaldır: istifadə olunan sözlərin sayı ilə müqayisədə biz heç yerdə bu qədər dezinformasiya və yalan sıxlığını görməmişik. Oxucunu bu nəşrə təbəssümlə yanaşmağa dəvət edirik".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az