Türkiyədə fevraldan bəri 33 mindən çox zəlzələ olub

18:00 - 07 May 2023

Türkiyədə fevraldan bəri 33 mindən çox zəlzələ olub

Türkiyədə 2023-cü ilin fevral ayından bəri 33 mindən çox zəlzələ olub.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, fevralın 6-dan may ayının 6-dək olan müddətdə Türkiyədə 33 077 zəlzələ qeydə alınıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 əyalətində dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində 50 mindən çox insan həyatını itirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az