Lüdovit Odor Slovakiyanın yeni baş naziri təyin ediləcək.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə fövqəladə brifinqdə ölkənin Prezidenti Zuzana Çaputova bildirib.
“Slovakiya Milli Bankının sədr müavini Lüdovit Odor yeni baş nazir təyin olunacaq”, - o deyib.
Bundan əvvəl baş nazir vəzifəsini icra edən Eduard Heqer istefa vermək niyyətində olduğunu açıqlamışdı. Qanuna uyğun olaraq, onun bütün kabineti onunla birlikdə istefa verir.