ABŞ-da bir restoran ilk dəfə süni intellekt texnologiyasından istifadə edib. 7/24 açıq olan restoranda sifarişi süni intellekt qəbul edir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın Arizona ştatında bir restoran avtomobildən sifariş qəbul etmək üçün süni intellektdən istifadə edir. Müştərilər restoranın sifariş bölməsinə gələrək istədikləri məhsulları deyirlər və süni intellekt onların sifarişlərini sistemə qeyd edir. Restoranın mətbəx bölməsindəki işçilər də sifarişləri hazırlayır.
Məqsəd işçilərin yemək hazırlamağa daha yaxşı diqqət yetirmələridir.
Manşet.az