Hindistanda “Air India” aviaşikətinə məxsus təyyarədə qadın sərnişini əqrəb sancıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əqrəb sancan qadın xəstəxanada müalicə olunduqdan sonra buraxılıb.
Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, 2019-cu ildə Hindistanın Air India aviaşirkətinin Bopal-Mumbay reysini həyata keçirən təyyarəsində sərnişinə verilən yeməkdə tarakanlar çıxmışdı.
2018-ci ildə Nyu-York-Mumbay reysini həyata keçirən Air India təyyarəsində biznes sinif bölməsində isə üç uşağı ilə səyahət edən sərnişini yataq böcəkləri dişləmişdi.
Manşet.az