Almaniya qohumlarının yanına gələn zəlzələ qurbanlarının qalma müddətini daha 3 ay uzadıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya Xarici İşlər və Daxili İşlər Nazirliyindən verilən ortaq yazılı açıqlamada, Almaniyada qohumlarının yanında qalan türk zəlzələ qurbanlarının Almaniyada daha 3 ay qalmasına icazə verildiyi bildirilib.
6 fevral - 7 may 2023-cü il tarixləri arasında Almaniyanın Türkiyədəki diplomatik nümayəndəliyi tərəfindən verilmiş etibarlı viza ilə Almaniyaya daxil olanların avqustun 6-dək yaşayış icazəsi tələbindən azad ediləcəyi bəyan edilib.
Sözügedən tənzimləmənin sabahdan qüvvəyə minəcəyi və bunun “sadələşdirilmiş proses” yolu ilə viza almış və Almaniyada qanuni olan Türkiyə vətəndaşları üçün keçərli olduğu vurğulanıb.
Açıqlamada qeyd olunub ki, sözügedən şəxslərin əcnəbilərin ofisinə getməsinə ehtiyac yoxdur.
Manşet.az