Hindistanda döyüş təyyarəsi evin üzərinə düşdü - 3 nəfər öldü

22:22 - 08 May 2023

Hindistanda döyüş təyyarəsi evin üzərinə düşdü - 3 nəfər öldü

Hindistanda MiQ-21 döyüş təyyarəsinin evin üzərinə düşməsi nəticəsində 3 nəfər həlak olub.

 

Manset.az xəbər verir ki, MiQ-21 qırıcı təyyarəsi Hindistanın Racastan əyalətinin Hanumanqarh bölgəsindəki Bəhlol Naqarda evin üzərinə düşüb. Hindistan Hərbi Hava Qüvvələrindən verilən açıqlamada qəzada 3 nəfərin həyatını itirdiyi və qəza ilə bağlı araşdırmaya başlanıldığı bildirilib.

Hindistan mediası tərəfindən "uçan tabut" adlandırılan MiQ-21 1963-cü ildən bəri ölkənin ən mühüm döyüş təyyarəsi olub, Hindistan isə 2025-ci ilə qədər donanmasında sovet dövründən qalan bütün döyüş təyyarələrini istifadəyə verməyi planlaşdırır.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az