Məşhur amerikalı kinoaktyor, 79 yaşlı Robert De Nironun 7-ci dəfə ata olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Oskar mükafatlı aktyorun meneceri 7-ci övladının doğulduğunu təsdiqləyib. De Nironun 7 uşağının adı, cinsi və anası da daxil olmaqla, doğumla bağlı başqa heç bir təfərrüat paylaşılmayıb.
Körpənin anasının De Nironun 2015-ci ildə "The Intern" filmində tanış olduğu və o vaxtdan bəri görüşdüyü Tiffani Çen olduğu bildirilir.
Qeyd edək ki, De Nironun 1976-1988-ci illərdə evləndiyi birinci həyat yoldaşı Diahnne Abbottdan 51 və 46 yaşlarında iki övladı və 1988-1996-cı illərdə birlikdə yaşadığı Tuki Smitdən 27 yaşlı əkiz uşağı var. İkinci həyat yoldaşı, 1997-ci ildə evləndiyi aktrisa Qreys Haytauerdən isə 24 və 11 yaşında iki övladı var.
Manşet.az