İranda 7 nəfər edam edildi

11:31 - 10 May 2023

İranda 7 nəfər edam edildi

İranda zorlama və narkotiklə bağlı cinayətlərdə təqsirli bilinən 7 nəfər edam edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kərəc şəhərindəki Recai Şəhr həbsxanasında zorlama ittihamı ilə edama məhkum edilən 4 məhbusun hökmü icra edilib.

Narkotik cinayətlərinə görə mühakimə olunduqdan sonra edama məhkum edilən 3 nəfərin edamı Kərəc Gözəl Hisar həbsxanasında həyata keçirilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk dünən verdiyi açıqlamada İranda ilin əvvəlindən bu yana ən azı 209 nəfərin edam edildiyini və bu rəqəmin "narahatedici" olduğunu bildirib. Türk İran hakimiyyətini ölüm hökmünü ləğv etməyə və ya bütün edamları dayandırmağa çağırmışdı.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az