14 yaşlı qız gizlənqaç oynayarkən başından vuruldu

12:17 - 10 May 2023

14 yaşlı qız gizlənqaç oynayarkən başından vuruldu

ABŞ-ın Luiziana ştatında rəfiqələri ilə gizlənqaç oynayan qız başından güllə yarası alıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yaralanan qız dərhal xəstəxanaya aparılıb. Polis hadisənin anlaşılmazlıq ucbatından baş verdiyini bildirib.

Başının arxasından güllə yarası alaraq xəstəxanaya aparılan qızın həyati təhlükəsi olmadığı açıqlanıb.

Silahdan atəş açan 58 yaşlı David Doyl ağır hücumda ittiham olunur.

Calcasieu Parish Şerif Ofisindən verilən açıqlamaya görə, bir neçə yeniyetmə qonşularının mülkündə gizlənqaç oynayarkən evin ətrafında gizlənib. Doyl evin ətrafındakı kölgələri görüb və silahını götürüb bağçaya çıxaraq qaçan insanlara atəş açıb. Bu zaman 14 yaşlı qız başından güllə yarası alıb.

Doyl hadisə baş verən gün də həbsdə qalıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az