Ukraynada şiddətli qarşıdurmaların davam etdiyi Bəhmut ətrafında baş verənləri izləyən jurnalist həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, AFP-nin verdiyi açıqlamada agentliyin video koordinatoru Arman Soldenin Rusiya ordusunun Çasov Yar yaşayış məntəqəsinə raket hücumları zamanı həlak olduğu bildirilib. Çasov Yar aylardır ağır hücumların baş verdiyi Baxmutdan bir neçə kilometr aralıda yerləşir.
Ukrayna Kütləvi Kommunikasiyalar İnstitutunun məlumatına görə, Arman Solden Ukraynadakı müharibədə həlak olan 57-ci media işçisi, vəzifə borcunu yerinə yetirərkən həlak olan 10-cu jurnalistdir.
Manşet.az