Avstraliyanın Yeni Cənubi Uels ştatında bir zərgər öz dükanını qarət etməyi planlaşdırdığı üçün saxlanılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polisin verdiyi açıqlamada yanvar ayında baş verən zərgərlik oğurluğunun arxasında mağaza sahibinin olduğu açıqlanıb.
Zərgərin oğurluğu sığorta şirkətindən təzminat tələb etmək üçün planlaşdırdığı bildirilib.
Onun öz mağazasına basqın etdiyi və sözügedən şəxsin soyğunçuluq və dələduzluqda ittiham oluna biləcəyinə dair kifayət qədər sübutların olduğu diqqətə çatdırılıb.
Manşet.az