"Rəsmi İrəvanın KTMT-ni açıq tənqid etməsi əks effekt verir"

20:10 - 10 May 2023

\"Rəsmi İrəvanın KTMT-ni açıq tənqid etməsi əks effekt verir\"

Rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) açıq tənqidi yanaşması əks effekt verir.

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu həftəlik brifinqdə “News.ru” portalının sualını cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, KTMT-nin bütün lazımi formatları, qarşılıqlı fəaliyyət kanalları yaradıldığı və bütün iştirakçıların bu istiqamətdə işləməyə hazır olduğu halda, Ermənistanın təşkilatın effektivliyi ilə bağlı məsələləri özündən kənarda müzakirə etməsi təəccüb doğurur.

"Biz erməni tərəfdaşlardan KTMT missiyasının Ermənistanda yerləşdirilməsi üzrə substantiv işi bərpa etmək üçün təşəbbüskar addımlar gözləyirik. Rusiya tərəfi bu işə hazırdır. İrəvan da bunu yaxşı bilir", - Zaxarova bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az