Suriyada MİT əməliyyatı: 4 terrorçu tutuldu

22:56 - 10 May 2023

Suriyada MİT əməliyyatı: 4 terrorçu tutuldu

MİT-in Suriyada keçirdiyi əməliyyatda qırmızı kateqoriyada axtarışda olan DAEŞ-in keçmiş türk valisi Şahap Variş də daxil olmaqla 4 terrorçu yaxalanıb.

 

Manset.az xəbər verir ki, Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, MİT-in Suriyadakı əməliyyatları zamanı 4 terrorçunun yeri müəyyən edilib.

Yaxalanan terrorçular təhlükəsizlik bölmələrinə təhvil verilib.

Tutulan terrorçulardan birinin qırmızı kateqoriyada axtarışda olan İŞİD-in keçmiş türk valisi Şahap Variş olduğu müəyyən edilib.

Varişin Türkiyədə DAİŞ-in həyata keçirməyi planlaşdırdığı və təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan bir çox terror aktları ilə əlaqəli olduğu müəyyən edilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az