Türkiyənin ən əhəmiyyətli təbii qaz təchizatı mənbələrindən biri olan Rusiyaya ediləcək ödənişlərlə bağlı yeni bir inkişaf yaşanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Reuters”, keçən həftə edilən razılaşmadan sonra 600 milyon dollarlıq ilk ödəniş 2024-cü ilə qədər təxirə salındığını bildirib.
Razılaşma çərçivəsində qlobal enerji qiymətlərindəki dəyişikliyə görə 3-4 milyard dollarlıq qaz ödənişi 2024-cü ilə qədər təxirə salınıb.
Reuters-ə danışan mənbə, “Qazprom”la aparılan danışıqlarda təbii qaz ödənişlərinin təxirə salınması ilə bağlı danışıqlarda müsbət nəticə əldə edilib. Bu günə kimi ödənilməmiş ödəniş olmayıb. Həmişə ödənilir. Hazırda 600 milyon dollar ödəniş rəsmi olaraq gələn ilə təxirə salınıb. Bunda qiymət artımı çox təsirli olub. Qazprom da bunu anlayışla başa düşdü. Çünki spot qazın alınması xərcləri artırıb” – deyib.
Manşet.az