"Şahzadə Diana"nın qalan sonuncu xatirəsi satılır – FOTO

13:30 - 11 May 2023

\"Şahzadə Diana\"nın qalan sonuncu xatirəsi satılır – FOTO

Şahzadə Diananın ölməzdən əvvəl qatıldığı son tədbirdə taxdığı zinət əşyaları dəsti iyunun 27-də Nyu-Yorkda keçiriləcək hərracda satılacaq.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Uels şahzadəsi Diananın ölməzdən əvvəl taxdığı zinət əşyaları dəstinin hərracda satılacağı İngiltərə və dünya mətbuatında əks-səda doğurub. Geyindiyi paltarlar, taxdığı zinət əşyaları əvvəllər də satılmışdı.

Diana bu zərgərlik dəsti ilə 1997-ci ilin iyununda Londonda "Qu gölü" filminin premyerasında iştirak etmişdi.

Nyu Yorkda keçiriləcək hərracda boyunbağı və sırğaların yüksək qiymətə alıcı tapacağı gözlənilir.

Diananın ilk zərgərlik məmulatının satışa çıxması üçün alıcıların 5 milyon ilə 15 milyon dollara çata biləcəyi təxmin edilir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az