Şahzadə Diananın ölməzdən əvvəl qatıldığı son tədbirdə taxdığı zinət əşyaları dəsti iyunun 27-də Nyu-Yorkda keçiriləcək hərracda satılacaq.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Uels şahzadəsi Diananın ölməzdən əvvəl taxdığı zinət əşyaları dəstinin hərracda satılacağı İngiltərə və dünya mətbuatında əks-səda doğurub. Geyindiyi paltarlar, taxdığı zinət əşyaları əvvəllər də satılmışdı.
Diana bu zərgərlik dəsti ilə 1997-ci ilin iyununda Londonda "Qu gölü" filminin premyerasında iştirak etmişdi.
Nyu Yorkda keçiriləcək hərracda boyunbağı və sırğaların yüksək qiymətə alıcı tapacağı gözlənilir.
Diananın ilk zərgərlik məmulatının satışa çıxması üçün alıcıların 5 milyon ilə 15 milyon dollara çata biləcəyi təxmin edilir.
Manşet.az